• $
  • £

Rusiyada iqtisadiyyat 8,4% azala, inflyasiya isə 22,7%-ə kimi arta bilər

Rusiyada iqtisadiyyat 8,4% azala, inflyasiya isə 22,7%-ə kimi arta bilər
08.04.2022 15:21
2022-ci ildə Rusiyada  Ümumi daxili məhsul istehsalı təxminən 8,4% azalacaq, inflyasiya isə 22,7% ola bilər. Bu, aparıcı investisiya şirkətləri, banklar və beyin mərkəzləri analitiklərinin sorğusu əsasında "İnterfaks”ın tərtib etdiyi əsas makroindikatorlar üzrə konsensus proqnozunun məlumatlarıdır.

İqtisadçılar hələ də hesab edirlər ki, Rusiya iqtisadiyyatında tənəzzül cəmi bir il davam edəcək və 2023-cü ildə cüzi artım başlaya bilər.

2022-ci ilin sonunda iqtisadçılar sənaye istehsalının 8,2% azalacağını, 2023-cü ildə isə artımın 3,3% olacağını gözləyirlər.

Martda pərakəndə dövriyyə, ayın əvvəlindəki tələsik tələb fonunda, konsensusa görə, fevralda 5,9% artdıqdan sonra illik ifadədə 9,1% artacaq.

2022-ci ilin sonunda analitiklər pərakəndə ticarətin 9% azalacağını, 2023-cü ildə isə 2,9% artacağını proqnozlaşdırır.

Konsensusa əsasən, əsas kapitala investisiyaların azalmasının 2022-ci ildə 13,2% səviyyəsində olacağı, ardınca isə 2023-cü ildə 3,2% artım olacağı gözlənilir.

Analitiklər 2022-ci ildə Rusiyanın ÜDM-nin 8,4%  azalacağını deyir (fevralın əvvəlində aparılan sorğuya əsasən, 2,5% artım gözlənilirdi). Eyni zamanda, 2022-ci il üçün ÜDM-in azalması ilə bağlı təxminlərin diapazonu 6,0-13% arasıdır.

Martda analitiklər inflyasiyanın 2021-ci ilin martındakı 0,66%-ə qarşı 7,6% (1999-cu ilin yanvarından bəri ən yüksək göstəricidir) səviyyəsində olacağını gözləyirlər. Bu, martda illik inflyasiyanın fevralın sonundakı 9,15%-dən təqribən 16,7%-ə (2015-ci ilin martından bəri ən yüksək göstərici) qədər artması deməkdir.

Konsensusa görə, 2022-ci il üçün inflyasiya üzrə  proqnoz 22,7% (təxminlər 19%-dən 26%-ə qədər), 2023-cü il üçün 8,6% təşkil edir.

2022-ci ilin sonunda uçot dərəcəsi  üzrə gözləntilər orta hesabla 14,5% (12% -dən 20% -ə qədər), 2023-cü ilin sonunda - 9,25% olacağı bildirilir.

2022-ci ilin sonunda dollar üçün konsensus proqnozu 92 rubl, avro üçün 101,7 rubl təşkil edir. 

2022-ci ilin sonuna Rusiya Federasiyasında işsizlik səviyyəsi, fevraldakı 4,1%-dən ilin sonuna 6,9%-ə  kimi yüksələ bilər (bu, müşahidələr tarixində ən aşağı göstəricidir), 2023-cü ilin sonuna qədər isə bu göstəricinin  6,0% olacağı proqnozlaşdırılır. 

2022-ci ildə Rusiya Federasiyası əhalisinin real gəlirləri, proqnoza görə, 8,5% azala bilər, 2023-cü ildə  isə 1,9% arta bilər.

Sorğuda Alfa-Bank, VTB Capital, VEB, ING, İqtisadi Siyasət İnstitutu, Renaissance Capital, SberCIB, Sinara investisiya bankı, Uralsib analitikləri iştirak edib.


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
Dünya 16:28
Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol