İlon Musk Twitter-i almağı planlaşdırır
Tesla Inc-in qurucusu və baş direktoru İlon Mask eyniadlı sosial şəbəkənin sahibi olan Twitter Inc.-i almaq niyyətindədir.
Musk Twitter səhmlərini hər biri üçün 54,2 dollara geri almağı təklif edir ki, bu da çərşənbə günü bazarda təyin edilən qiymətin üstünə 18% mükafat əlavə etmək deməkdir. Beləliklə, Mask Twitter-i 43,39 milyard dollara almağı təklif edir.
"Twitter özəl şirkətə çevrilməlidir" deyən Mask Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciətində bildirib. "Twitterin inanılmaz potensialı var və mən onu açacağam", - Mask deyib.
Twitter Maskın təklifini aldığını təsdiqləyib. Onun direktorlar şurası bu təklifi nəzərdən keçirmək və şirkətin maraqlarına uyğun gələcək fəaliyyət kursu barədə qərar qəbul etmək niyyətindədir.
Twitter-in ən böyük uzunmüddətli səhmdarlarından biri olan Səudiyyə şahzadəsi əl-Valid bin Talal artıq Maskın təklifini qəbul etmədiyini bildirib.
"Təklif olunan qiymətin şirkətin inkişaf perspektivlərini nəzərə alaraq Twitter-in həqiqi dəyərinə yaxın olmadığını düşünürəm", - Şahzadə Tvitter hesabında yazıb.
Martın əvvəlində məlum oldu ki, Mask Twitter-də 9,2% paya sahibdir. Bu o deməkdir ki, o, şirkətin ən böyük səhmdarıdır. Twitter Maska səhmlərin 14,9%-dən çoxuna sahib olmamaq şərti ilə direktorlar şurasında yer təklif edib. Amma Mask imtina edib.
Twitter səhmləri cümə axşamı birjada 2,5% artıb.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox