Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul etmişdir.Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışıldı, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulandı.X X X AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul etmişdir.Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.ANN.Az