Rusiya-Ukrayna müharibəsi dünyanı aclıqla üz-üzə qoyacaqmı? -TƏHLİL
Rusiyanın Ukraynaya qarşı müharibəsi ukraynalılara və ruslara dağıntı və ölüm gətirməklə yanaşı bütün dünyaya kəskin ərzaq böhranı və yoxsulluğun artmasını vəd edir.
Əvvəllər Reuters agentliyinin rus xidmətinin rəhbəri olmuş, hazırda isə BBC-də çalışan iqtisadi və maliyyə məsələləri üzrə ekspert Aleksey Kalmıkov bildirib ki, bu müharibənin nəticələrindən varlı olmayan və Rusiyaya dost münasibət bəsləyən ölkələr, Vladimir Putinin müharibə elan etdiyi Qərb ölkələrindən daha çox əziyyət çəkəcəklər.
Müharibədən əvvəl Rusiya və Ukrayna əsas ərzaq satıcıları idi, taxıl və bitki yağı bazarlarında aparıcı mövqelərə sahib idilər. Rusiya həm də neft, neft məhsulları və gübrələrin, eləcə də onlar üçün xammalın - təbii qazın ən böyük satıcısıdır.
İndi bu məhsulların başqa ölkələrdə çatdırılmasında fasilələr yaranır. Ukraynanın özündə ərzaq qıtlığı yaşanır və Ukraynanın taxıl limanları Rusiya donanmasının gəmiləri iflic edilib. Vəziyyət bundan sonra, daha da pisləşəcək. Bu il məhsuldarlığın olması şübhə altındadır, çünki günəbaxan toxumu əvəzinə münbit Ukrayna qara torpağı minalarla və qəzaya uğramış rus tankları ilə doludur və traktorla çalışmalı olan fermerlər günlərinin çox hissəsini hərbi texnikanı əkin sahələrindən sürüyərək çıxartmaqla məşğuldular.
Bütün bunlar, xüsusən də insanların ailə büdcəsinin böyük bir hissəsini yeməyə xərclədiyi kasıb ölkələr üçün heç də arzuolunan hadisələr deyil. Dünya COVİD-dən və keçən ilki quraqlıqdan çətinliklə özünə gəldiyi ümüb faktiki ərzaq məhsullarının qiymətləri müharibəsiz də rekord həddinə çatmışdı.
İndi bu qiymətlər son 32 ildə görünməmiş dərəcədə artıb. Yalnız martda ərzaq məhsullarının qiyməti füvrala nisbətən 13%, küçən ilin martına nisbətən isə hətta üçdə biri qədər bahalaşıb. Bu da son hədd deyil. BMT ərzaq məhsullarının azı daha 8%, hətta 22% artacağını proqnozlaşdırır.
Müharibə ilə əlaqədar kənd təsərrüfatı maşınları üçün yanacaq, dəniz və quru yolu ilə yüklərin daşınması, kredit faizləri, gübrələr, anbarlarda saxlanma haqqı bahalaşır. Taxıl həm insanlara, həm də mal-qaraya çatmadığından ətin və digər ərzaq məhsullarının da qiyməti qalxır.
Yer kürəsi kütləvi aclıqla üzləşəcəkmi? Xeyr, belə təhlükə yoxdur.
Bruegel tədqiqat mərkəzinin mütəxəssisləri əmindirlər ki, ən pis halda belə dünyada Yer kürəsinin bütün əhalisini qidalandırmaq üçün kifayət qədər qida olacaq.
"Çətin olacaq, daha az yeməli olacaqsınız, lakin aclıq yalnız Somali, Əfqanıstan və ya Yəmən kimi ən yoxsul və münaqişəli ölkələri üçün təhlükə yaradacaq. Vladimir Putinin müharibə elan etdiyi zəngin Qərb ölkələri isə bu müharibədən ən az zərər görəcəklər", mütəxəssislər bildirir.
Hansı ölkələr daha çox əziyyət çəkəcək?
Xüsusilə havanın quraqlıq keçdiyi bölgələrdə - Yaxın Şərq və Şimali Afrikada inkişaf etməkdə olan ölkələr üçün çətin olacaq. Onlar bütün ərzaq məhsullarının 90%-dən çoxunu Rusiya və Ukraynadan idxal edirdi.
"Əsas ərzaq məhsullarının qiymətlərinin artması ilə humanitar böhran və siyasi risklər kəskinləşəcək. Sonuncu dəfə qiymətlər indiki həddə qədər yüksələndə vəziyyət "ərəb baharının" baş verməsi ilə bitdi", - Bruegel tədqiqatçıları xəbərdarlıq edib.
On il əvvəl etirazlar və inqilablar dalğası Liviya, Tunis, Misir və Yəməndə rejim dəyişikliyinə, habelə Suriyada Rusiyanın başçılıq etdiyi müharibəyə səbəb oldu.
Dünya Bankı və AYİB ekspertləri bildirir ki, bu dəfə Rusiyanın Ukraynaya təcavüzünün dolayısı ilə qurbanları Türkiyə, Misir, Hindistan, Tayland, Ermənistan, Cənubi Afrika, Livan, Gürcüstan və hətta Şri-Lanka olacaq.
Bu ölkələr Rusiya və Ukrayna ilə ticarətdən çox asılı olduqlarından, əsasən turizmdən qazandıqlarından, Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə Qərblə açıq münaqişəyə girmək istəmədiklərindən indi onlar üçün xüsusi çətindir. Üstəlik bu ölkələrdə yaşanan iqtisadi böhran siyasi sabitlik üçün də təhlükə yaradacaq.
Belə ki, Misir dünyanın ən böyük buğda idxalçısıdır və müharibədən əvvəl buraya gələn turistlərin 20%-i Rusiya və Ukraynadan gəlirdi. Eləcə də 93% neft idxalından, 99% qazdan asılı olan Türkiyə də eyni durumdadır.
Rusiyanın qonşuları arasında, Ukraynadan başqa, ondan ərzaq və enerji alan bütün ölkələr zərər çəkəcək. Lakin daha çox əhalisi qazanc üçün Rusiyaya gedən və ailələrinə pul göndərən ölkələrə zərbə dəyəcək. Əvvəlcə valyuta və nəqliyyat məhdudiyyətləri, daha sonra isə müharibə və sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatının yavaşıması, işçi qüvvəsinə tələbin azalması, real gəlirlər, valyuta məzənnəsi və Rusiyada əcnəbilərə qarşı dözümlülük dərəcəsinin azalması onlara problem yaradacaq.
Müharibədən əvvəl Rusiyada işləyən vətəndaşların pul köçürmələri Tacikistan və Qırğızıstan iqtisadiyyatının təxminən dörddə birini, Özbəkistan və Ermənistan ÜDM-nin isə demək olar ki, onda birini təşkil edirdi.
Onların hamısı üçün çətin olacaq, lakin aclıq yalnız Əfqanıstan və ya Yəmən kimi ən yoxsul və münaqişələrin ən çox əziyyət çəkdiyi ölkələr üçün təhlükədir.
BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya hücumundan əvvəl dünyada 38 ölkənin 44 milyon sakini aclıqdan ölmək vəziyyətində olub. Planetin hər on sakinindən biri - 720 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkirdi. BMT-nin hesablamalarına görə, müharibə ən yaxşı halda bu rəqəmi daha 8 milyon, ən pis halda isə 13 milyondan çox artıracaq. Bunlar əsasən Asiya, Afrika və Yaxın Şərq ölkələrinin əhalisi olacaq.
Kərə yağı və taxıl yerinə müharibə üçün toplar...
Rusiya dünyada ən böyük buğda ixracatçısıdır. Buğda satışının ildə təxminən 33 milyonu tonu bu ölkənin payına düşür. Ukrayna isə ildə 20 milyon ton buğda ixrac edir. Bu, dünya ixracının dörddə birini təşkil edir, lakin ümumi istehlakda payı xeyli aşağıdır, çünki əksər ölkələr özünü taxılla təmin edirlər.
BMT hələ də müharibəyə görə dünya bazarına 5 milyon ton Ukrayna və 3,5 milyon ton Rusiya buğdasının daha az daxil olacağını bildirir. Bu, dünyada buğda istehlakının cəmi 1%-i (ildə 770 milyon ton) təşkil edir.
Argentina və Braziliyada yaxşı məhsuldarlıq olarsa bu itkilər qismən kompensasiya olunacaq. Elə Rusiyanın özü də ixracı hələlik azaltmır, əksinə artırır.
Düzdür, qiymət artımı fonunda bu ölkələrin hər biri daxildə inflyasiyanın qarşısını almaq üçün ixracı məhdudlaşdıra bilər. Cənubi Amerikadan göndərilə buğda isə daha baha başa gəlir, çünki yükdaşıma tarifləri və dəniz yanacağının qiymətləri keçən illə müqayisədə artıq iki dəfə bahalaşıb.
Digər taxıllarla və ən əsası günəbaxan yağı ilə vəziyyət daha pisdir. Artıq təchizatda fasilələr yaranb,
qiymətlər süni şişirtdilir.
Kasıb ölkələrdə insanların evdə ənənəvi qaydada qızardılmış yeməklərdən imtina edir və köhnə yağda bişirilən küçə yeməklərinin dadına alışırlar.
Dünya günəbaxan yağının 57%-ni Rusiya və Ukrayna təmin edir. Onun əsas idxalçıları Avroa İttifaqı ölkələrindən başqa Hindistan, Çin, İran və Türkiyə idi. İndi onlar digər növ bitki yağlarına keçirlər ki, bu da bazarda qiymətlərin bahalaşmasına səbəb olur. Bundan başqa Malayziyada palma yağı istehsalının azalması, Kanada, Braziliya və Argentinada keçən ilki quraqlıq səbəbindən bitki yağları bazarında dəhşətli qıtlıq yaranıb.
Dünya bazarında taxılın və neftin bahalaşması kasıb ölkələrə daha çox zərbə vuracaq, çünki orada mağaza rəflərində olan məhsulun son qiymətində xammalın payı daha yüksəkdir, çünki onun digər komponentləri - işçi qüvvəsi, pərakəndə satış sahəsinin icarəsi və digər xərclər daha ucuzdur.
Buna görə də, taxılın qiyməti qalxdıqda, Parisdəki bir çörək zavodu bir bagetin qiymətini dəyişdirməməyə imkan verə bilər, çünki dəyəri bir qədər artar, lakin Buxara və ya Tegusiqalpa bazarlarında ticarətçilər tortilla və tortilla üçün daha çox pul tələb etməli olacaqlar. Bir çox yoxsul ölkələrdə qiymətləri tənzimləmək üçün çörəyin keyfiyyət və ya ölçüsü azalacaq. Kot-d'İvuarda çörək bişirənlər artıq hakimiyyət orqanlarından bagetin çəkisini 200 qramdan 150-yə endirmək üçün icazə istəyiblər.
"Nə sülh olacaq, nə də firavanlıq”...
BMT-nin ilk hesablamalarına görə, Ukrayna müharibə səbəbindən əkin sahələrinin 20-30%-i və ixracatın bir hissəsini itirəcək. Digər proqnozlar daha pessimistdir.
Bruegel hesab edir ki, müharibə çox tez bir zamanda bitərsə ən pis halda, bütün məhsul Ukraynada qalacaq və ixrac sıfıra düşəcək. Ən yaxşı halda isə ixrac üçdə bir azalacaq.
Tədqiqat müəllifləri xəbərdarlıq edir ki, müharibənin ərzaq bazarına tam təsiri üzümüzə gələn payıza qədər, yəni məhsul yığımınadək hiss olunmayacaq.
Onlar inanırlar ki, Qərb dövlətləri bundan ən az əziyyət çəkəcək.
"Əgər əvvəlcədən hazırlaşsanız, ərzaq qıtlığının təsirini və humanitar nəticələrini yumşalda bilərsiniz. Aİ, ABŞ və Avstraliya da daxil olmaqla iri taxıl istehsalçıları hazırlaşa bilərlər. Çünki onların çox səmərəli kənd təsərrüfatı və məhsulu artırmaq üçün kifayət qədər pulsuz torpaqları var".
Rusiyanın münbit torpaqları olan Ukraynaya təcavüzünün birbaşa zərərindən əlavə, ərzaq böhranını daha da dərinləşdirəcək dolayı müharibə problemləri var.
Qərb Ukraynaya yardım etdiyi üçün Əfqanıstan və Yəmənə diqqəti azaldır. Odur ki, yardıma ehtiyacı olanların sayı milyonlarla artıb, ərzaq qıtlığı yaranıb, ərzaq qiymətləri qalxıb, nəqliyyat bahalaşıb, humanitar büdcələr durğunlaşıb və ya azalıb.
Əgər əvvəllər Ukrayna BMT-nin ərzaq proqramı üçün taxıl və neft verirdisə, indi nəinki ixrac etmir, hətta özü yardım alan ölkəyə çevrilib. Artıq 1 milyon ukraynalı yemək və yemək üçün pul alıb . BMT yaxın gələcəkdə 3,3 milyon ukraynalıya dəstək verməyi planlaşdırır.
Dünyada 137 milyon insanı aclıqdan qurtarmaq üçün BMT 2022-ci ildə 19 milyard dollar vəsait toplamağı planlaşdırmışdı. Amma bu günə donorlardan bu vəsaitin yarıdan azını ala bilib.
Başqa problemlər də var. Ərzaq qiymətlərinin artması ümumi inflyasiyanı sürətləndirir, mərkəzi bankları uçot dərəcələrini artırmağa məcbur edir. Nəticədə insanlar, ölkələr və şirkətlər yüksək faizlə daha az borc alırlar ki, bu da zəngin ölkələrdə inkişafa mane olur, yoxsul ölkələrdə isə iqtisadi iflas təhlükəsi yaradır.
Onların bir çoxu pandemiya səbəbindən borca düşüb, 40-a yaxın ən yoxsul ölkə isə borc böhranı ilə üzləşib. Aşağı göstəricilərlə belə, gələcək nəsillərin yükü artıb.İnsanlar yarıac yaşamaq məcburiyyəti ilə üzləşib.
Müharibə həm də inkişaf etməkdə olan ölkələrin digərlərindən daha çox istehlak etdikləri malların dünya bazarında azalmasına səbəb oldu. COVİD-19 səbəbindən onların istehsalı 2020-ci ildə 5% azalsa da, ondan bir il əvvəl 10% artdığı üçün böhran yaranmadı. Ümumdünya Ticarət Təşkilatı bu il təxminən 5% artım planlaşdırırdı, lakin indi növbəti iki il ərzində bu proqnoz 3% -ə düşüb.
Çünki Putin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni başlatdı və Qərbə qarşı səlib yürüşü elan etdi.
"Tarix göstərir ki, dünya iqtisadiyyatı əks bloklara bölünəndə, kasıb ölkələrə bel çevirəndə nə sülh olur, nə də firavanlıq", bunu Ümumdünya Ticarət Təşkilatının rəhbəri Nqozi Okondjo-İvela yaxın gələcək üçün verdiyi proqnozlar zamanı bildirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər