• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

2015 Avropa Oyunları rəhbərlikdə dəyişiklik olduğunu elan etdi

2015 Avropa Oyunları rəhbərlikdə dəyişiklik olduğunu elan etdi
28.04.2014 11:46
Üçüncü Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasında pozitiv dəyişikliyə rəhbərlik etdikdən sonra bu gün Bakı2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Cim Şerrin vəzifəsini tərk etməsi barədə qərar qəbul edib və onun Amerika Birləşmiş Ştatlarına qayıdacağı elan olunub.
Şerr təşkilata 12 ay ərzində rəhbərlik edib və bu vaxt ərzində o, innovativ və əsas diqqəti atletlər üzərində cəmləşən ilk Avropa Oyunlarının həyata keçirilməsi üçün tələb olunan planlaşdırma və təşkilati strukturları yerinə qoyub.
Cim Şerr deyib: “Mən şübhə etmirəm ki, Avropa Oyunlarının gələn yay Bakı şəhərində uğurla keçirilməsi üçün təşkilatı fantastik vəziyyətdə tərk edirəm. Koordinasiya Komkitəsində son digər bir pozitiv dəyişiklikdən sonra mən hiss edirəm ki, gənc ailəmlə birlikdə daha çox vaxt keçirmək və təsis etdiyim konsalting, yarışlar və marketinq şirkəti olan 776 Marketinq-in Baş İcraçı Direktoru kimi vəzifəmə başlamaq üçün Amerika Birləşmiş Ştatlarına qayıtmağın əsl vaxtıdır. 
“Bakı şəhərində olduğum vaxt ərzində mənə verdikləri dəstəyə görə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya və Gənclər və İdman Naziri Azad Rəhimova təşəkkür etmək istəyirəm və əminəm ki, formalaşdırdığımız olduqca istedadlı və peşəkar kollektiv Azərbaycan və Avropanın qalan hissəsinin fəxr edəcəyi bir yarış həyata keçirəcək.”
Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hiki deyib: “Biz hamımız Bakı2015 Avropa Oyunları Əməliyyatları üzrə Baş Direktor vəzifəsini yerinə yetirərkən etdiyi rəhbərliyə görə Jimə dərin minnətdarlığımızı bildiririk. Onun səyi nəticəsində innovativ və atlet yönümlü mükəmməl modelin yaradılması ilə OyunlarAvropa Olimpiya Komitələrinin konsepsiyasının tələblərinə cavab verə bilən səviyyəyə qaldırıldı. Biz ona gələcəkdə böyük uğurlar arzulayırıq”.
Azərbaycan Gənclər və İdman Naziri, Bakı2015 Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru Azad Rəhimov deyib: “Mən Cimə Bakıda olduğu dövr ərzində göstərdiyi peşəkarlığa, səyə və etdiyi rəhbərliyə görə təşəkkür etmək istəyirəm. Onun tövsiyələri ilə biz işimizdə böyük irəliləyişə nail olmuşuq və o, Birinci Avropa Oyunlarının nümunəsini yaratmaqda inteqral rol oynamışdır. Gələn il ilk cəlbedici Avropa Oyunlarını reallaşdıracağımız üçün biz indi hazırlıq işlərimizin növbəti mərhələsini nəzərdən keçiririk”. Azərbaycanın tarixində ilk ən böyük çox növlü idman yarışında 19 idman növü üzrə Avropadan 6000 idmançı iştirak edəcək. Bakı NOC-lar və Avropa atletlərindən ötrü qarşıdakı onilliklər üçün 20 böyük təzə və təmir olunmuş yarış obyektlərinə sərmayə yatıraraqAvropa atletləri və Azərbaycan gəncləri üçün gözəl yerlər və dünya səviyyəli obyektlər təmin edir. 
Bakı2015 Avropa Oyunları Cim Şerri əvəz edən şəxsi təyin etmişdir və onun adı bu gün açıqlanacaq..
QEYD: Bakı2015 2015-ci il 12 İyun-28 İyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla kontinent üçün ilk Avropa Oyunları olacaq. 2015-ci il Bakı Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək: Bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz xalqlarını təmsil edəcəkləriı gözlənilir. Səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir. Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin Dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Modern.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol