• $
  • £

ABŞ və Rusiya əsirləri dəyişdirib

ABŞ və Rusiya əsirləri dəyişdirib
28.04.2022 23:26
Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya Türkiyədə əsir mübadiləsi aparıb. Bu barədə BBC məlumat yayıb.

ABŞ mübadilədə göstərdiyi köməyə görə Türkiyəyə təşəkkür edib.

Rusiya keçmiş amerikalı piyada Trevor Ridi ABŞ rəsmilərinə təhvil verib, ABŞ isə rusiyalı pilot Konstantin Yaroşenkonu Rusiyaya ekstradisiya edib.

Trevor Rid 2019-cu ildə sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və iki polisin həyatını təhlükəyə atmaqda ittiham olunduqdan sonra Moskvada həbs edilib.

Yoraşenko 2010-cu ildə Liberiyada ABŞ-a kokain keçirməyə cəhd etdiyi üçün ABŞ xüsusi təyinatlıları tərəfindən həbs edilib.
 
Rusiya hələ 2019-cu ilin iyulunda ABŞ-a Yoraşenkonun qarşılığında istənilən ABŞ məhbusunu təhvil verməyə hazır olduqlarını bildirdi. Rusiyanın xarici işlər naziri Mariya Zaxarova da bu mübadilə üçün uzun danışıqlar aparıldığını açıqlayıb.

Rusiya dövlət televiziyası  Yoraşenkonun əvvəlcə Soçiyə, sonra isə Moskvaya uçduğunu bildirib və ailəsi ilə görüşünün videosunu paylaşıb.

Trevor Ridin atası Coy Rid, "Mübadilə eynilə filmlərdəki kimi idi, iki təyyarə yan yanaşdı və məhbuslar onların qapılarında dəyişdirildi" dedi.

Reed daha əvvəl azad edilmək üçün aclıq aksiyasına başlamışdı və aprelin 4-də onu bitirdikdən sonra müalicə almışdı.

Reuters-ə danışan ABŞ rəsmiləri bu mübadilənin iki ölkə arasında diplomatik münasibətlərin ümumi kursundan asılı olmadığını bildiriblər.

İki ölkə arasında münasibətlər Rusiyanın Ukraynaya təcavüzündən sonra illərdir ki, görünməmiş səviyyədə gərginləşib.

ABŞ dövlət katibi Antoni Blinken Rusiyada həbsdə olan digər keçmiş dəniz piyadası Pol Uilanın azad edilməsi cəhdlərinin davam etdiyini açıqlayıb.
 
Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol