Yerevan polisi baş nazirin istefasını tələb edən 11 nəfəri saxlayıb
Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz edən 11 nəfəri saxlayıb. Bu barədə Ermənistan KİV xəbər verir.
"Hökumət binasının yaxınlığında qanunsuz silah saxlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Daha 9 nəfər hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələblərinə tabe olmamaqda ittiham olunaraq saxlanılıb", - bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.
Aprelin 17-dən İrəvanda gündəlik etiraz aksiyaları, vətəndaş itaətsizliyi aksiyaları, yürüşlər və mitinqlər keçirilir. Ermənistanda yeni etiraz dalğası aprelin 14-də Paşinyanın parlamentdə "Qarabağın statusu ilə bağlı baryeri aşağı salmağa” və Azərbaycanla sülh sazişi imzalamağa çağıran çıxışından sonra başlayıb.
Müxalifət Paşinyanın istefası tələbi ilə müddətsiz etiraz aksiyaları elan edib.
Mayın 1-də İrəvanda müxalifətin böyük mitinqinin keçiriləcəyi gözlənilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər