Sumqayıtdan Ukraynaya yardım - Səfirdən paylaşım
Sumqayıtdan Ukraynaya humanitar yardım göndərilir. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskyi öz facebook hesabında yazıb.
"Ümid edirik ki, Azərbaycanın digər şəhər və rayonları da Ukraynaya belə çətin zamanda köməklik göstərəcəklər", - Ukrayna səfiri qeyd edib.
Azərbaycanın 24 fevraldan indiyə kimi Ukraynaya göndərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat, çəkisi isə 720 ton təşkil edir.
www.anews.az
Səfirin sözlərinə görə, Sumqayıt Azərbaycanın ilk regional mərkəzidir ki, Ukraynaya daimi humanitar yardım edir.
"Bu təəccüblü deyil, çünki Sumqayıt və Çerkası şəhərini çoxillik və səmimi tərəfdaşlıq birləşdirir. Burada dostluğun, qarşılıqlı yardımın nə olduğunu bilirlər. Yaxın vaxtlarda Ukraynaya saxlama müddəti uzun olan məhsulların (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlərin göndərilməsi nəzərdə tutulur", - səfir bildirib.
O, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, müəssisələrə və şəhər sakinlərinə minnətdarlığını vurğulayıb.
Ukraynaya Azərbaycandan sonuncu dəfə aprelin 21-də humanitar yardım yola salınıb. Yardımın ümumi çəkisi 170 tondan artıq olub. Bu yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxil olub.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər