• $
  • £

Putin Roma Papasının xahişini üç dəfə rədd edib

Putin Roma Papasının xahişini üç dəfə rədd edib
30.04.2022 18:30
Ukrayna tərəfi dəfələrlə Rusiyadan mühasirəyə alınmış Mariupoldan 2 humanitar dəhliz açmağı tələb edib: biri "Azovstal” zavodu ərazisindən, digəri şəhərin özündən. Belə bir xahişlə Putin və Roma Papasına da müraciət ünvanlanıb.
 
 İtaliyanın "İl Messaggero” qəzetinin yazdığına görə, Vatikan "Azovstal”dan mülki əhalinin Papa bayrağı altında təxliyə edilməsinə icazə verilməsi xahişi ilə üç dəfə Kreml rəhbərinə müraciət edib. Amma Vatikan hər üç dəfə rədd cavabı alıb.
 
Bildirilir ki, Vatikan indi Azovstaldan insanların evakuasiyasını təşkil etmək üçün gələcək cəhdlərə bədbin yanaşır, lakin səylərini davam etdirməkdə israrlıdır.
 
Mariupol artıq iki aydır ki, rus qoşunları tərəfindən blokadadadır. Düşmən şəhərə artilleriya və hava zərbələri endirməkdən əl çəkmir. Həm mülki, həm də hərbçilərin yerləşdiyi "Azovstal” polad zavodu praktiki olaraq dağıdılıb. Müdafiəçilər şəhərin siyasi və ya hərbi yolla azad ediləcəyinə ümid edirlər.
 
Qeyd olunur ki, "Azovstal”da azı 2 min mülki şəxs var. İnsanlar dəhşətli vəziyyətdədir, dərman yoxdur, su və yeməklə bağlı fəlakətli vəziyyət var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol