Nigeriyada terror təşkilatının lideri və 62 silahlı zərərsizləşdirilib
Nigeriyanın şimal-şərqində "Boko Haram” və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 63 silahlı, o cümlədən qruplaşma lideri zərərsizləşdirilib.
"Anadolu”nun xəbərinə görə, bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general Benar Onyuko məlumat verib.
Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında ISWAP-ın liderlərindən biri Abubakar Dan-Buduma da var.
Bundan başqa, terror təşkilatının 79 üzvü, xeyli miqdarda silah-sursat ələ keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər