• $
  • £

İrəvanda etirazçıların bağladığı yollar açılıb - YENİLƏNİB

İrəvanda etirazçıların bağladığı yollar açılıb - YENİLƏNİB
02.05.2022 15:46
Ermənistan polisi respublikanın paytaxtı İrəvanda bazar ertəsi səhər baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları tərəfindən bağlanan bütün yol qovşaqlarının blokunu açıb.

 Polisin qanuni tələblərinə tabe olmayan 189 etirazçı polis bölmələrinə aparılıb.

"Polis səhər saatlarında vətəndaşlar tərəfindən bağlanan otuz yolayrıcının hamısını açıb. Hazırda İrəvan küçələrində nəqliyyatın hərəkəti bərpa olunub", - yayılan rəsmi məlumatda deyilir.
 
 ******
Ermənistanda polis bölmələrinə aparılan etirazçıların sayı 200 nəfərə çatıb.

Bu barədə Ermənistan parlamentinin sədr müavini, müxalifətin "Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vətəndaş itaətsizliyi aksiyasının iştirakçılarına qarşı bütün hüquq-mühafizə sistemi cəlb olunub. Hətta məzuniyyətdə olan polisləri də işə çağırıblar. Saqatelyan əlavə edib ki, onlar sadə vətəndaşlara, eləcə də etirazlarda iştirak edən deputatlara qarşı güc tətbiq edirlər.

"Amma bu kömək etməyəcək. Artıq etiraz hərəkatını dayandırmaq mümkün deyil. Şəhər iflic vəziyyətinə düşüb, hər şey plan üzrə gedir", - müxalifət lideri bildirib.

Saqatelyan qeyd edib ki, Yerevan Dövlət Universitetində çoxları tətil edir, bir qrup tələbə küçə etirazlarına qoşulub:
 
"Gün ərzində müxtəlif tədbirlər olacaq və saat 18:00-da biz Fransa meydanında toplaşıb vəziyyəti müzakirə edəcəyik”.

Qeyd edək ki, bu gün İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi növbəti etiraz aksiyaları başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol