• $
  • £

Ukrayna diplomatı növbəti dəfə Gürcüstan XİN-ə çağırılıb

Ukrayna diplomatı növbəti dəfə Gürcüstan XİN-ə çağırılıb
02.05.2022 16:12
Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
 
Bu barədə XİN-dən bildirilib.
 
XİN başçısının müavini Teymuraz Cancaliya diplomata Ukrayna Müdafiə Naziliyinin Kəşfiyyat Xidmətinin təqdim etdiyi informasiya ilə bağlı Gürcüstan tərəfinin narazılığını çatdırıb. O qeyd edib ki, yoxlanılmamış faktlar əsasında yayılmış bu cür informasiyalar iki ölkə arasındakı tərəfdaşlığa xələl gətirir.
 
A.Kasyonavdan informasiya üzrə faktiki izahatlar və sübutlar təqdim etməsi xahiş olunub. Diplomat görüşdə hazırkı mərhələdə Kəşfiyyat Xidmətinin bəyanatına cavabın olmadığını bildirib və müvafiq bildirişin Kiyevə çatdırılacağını qeyd edib.
Görüşdə Gürcüstanın Ukrayna və Ukrayna xalqına sarsılmaz dəstəyi təsdiqlənib. A.Kasyanov Ukraynaya dəstək və humanitar yardıma görə Gürcüstana təşəkkür edib.
 
Kasyanov Gürcüstan XİN-ə sonuncu dəfə aprelin 5-də çağırılmışdı.
 
Görüşdə Tbilisinin Ukrayna tərəfinin Gürcüstanın xüsusi xidmət orqanlarının Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələrinin olması və sanksiyaya məruz qalmış məhsulların qaçaqmalçılıq yolu ilə daşınması barədə yaydığı məlumatlarla bağlı narahatlığını ifadə edilmişdi.

Ukrayna mətbuatının bu günlərdə ölkənin Kəşfiyyat Xidmətinin məlumatına istinadla yazdığına əsasən Rusiya öz məhsullarının üçüncü ölkələrə təkrar ixracı ilə bağlı Gürcüstanla danışıqlar aparır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol