Mariupoldan bu qədər adam təxliyyə olunub
Mariupoldan və şəhərdəki "Azovstal” zavodunun ərazisindən insanların çıxarılması üzrə növbəti mürəkkəb təxliyə əməliyyatını keçirilib. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqramda yazıb.
Ofisin rəhbəri bildiri ki, təqribən 500 vətəndaşı çıxarılıb.
böyük hissəsi Rusiyanın işğalına məruz qalan Mariupolun əhalisinin təxliyəsi mühasirədən dolayı mümkünsüz hala gəlib. Aprelin 28-də BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Osnat Lubrani Təşkilatın Baş katibi Antoniu Quterrişin xahişi ilə Mariupol sakinlərinin təxliyəsini gerçəkləşdirmək üçün ölkənin şərqindəki Zaporojye vilayətinə yola düşüb. Son günlər şəhər əhalisinin, xüsusilə "Azovstal” zavodunda qalan dinc sakinlərin təxliyəsi həyata keçirilir.
Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki "Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın "Azov” alayı durur. Ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış "Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər