Almaniya Ukraynaya ağır artilleriya göndərəcək
Almaniya Ukraynaya Hollandiya hökuməti beş artilleriya sistemindən əlavə yeddi özüyeriyən haubitsa göndərəcək. Bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext bildirib.
www.anews.az
Ukraynaya göndərilən ağır artilleriya sistemləri "Panzerhaubitze 2000” adlanır və alman ordusu onları dünyanın ən müasirləri kimi təsvir edir, ona görə də 20 ukraynalı əsgər göndərilməzdən əvvəl təlim keçməlidir.
Bildirilir ki, Almaniya hökuməti Ukraynanı silahla təmin etməkdə ləngidiyi üçün Avropalı müttəfiqlərin təzyiqi ilə üzləşib və yalnız keçən ayın sonunda "Gepard” tanklarından ibarət ilk tədarükünü Ukraynaya göndərib.
NATO ölkələrinin indiyədək Ukraynaya göndərdiyi ağır silahların əksəriyyəti Sovet istehsalı silahlardır, lakin ABŞ və bəzi digər müttəfiqlər Kiyevi Qərb haubitsaları ilə təchiz etməyə başlayıblar.(BBC)
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər