• $
  • £

Həbsdə olan hüquq müdafiəçisi aclıq aksiyası edir - Anası danışır

Həbsdə olan hüquq müdafiəçisi aclıq aksiyası edir  - Anası danışır
06.05.2022 18:02
Həbsdə olan hüquq müdafiəçisi Elçin Məmməd 6 gündür aclıq aksiyası edir. Bu barədə onun anası Rahilə Məmmədli anews.az-a bildirib.

"Oğlum ilə danışa bilmirik. Həftədə bir dəfə özü  zəng edir. Danışıq da 2-3 dəqiqə davam edir, sonra səs kəsilir. Bizim zənglərimizə isə cəzaçəkmə müəssisəsində telefona cavab verən olmur.  Onkoloji xəstə olduğum üçün mayın 4-də görüşə gedə bilmədim. Mayın 17-də pensiyalar verilməlidir, onda əlimə pul gələcək. Bundan sonra oğlumu ziyarət edəcəm", - o söylədi. 

Rahilə Məmməd deyir ki, oğlu sifarişlə həbs edilib, indi isə səhhətində ciddi problemlər var. 

"O hepatit C xəstəsidir, bronxlarında problemlər var. Oğlum hazırda nəfəs almaqda çətinlik çəkir, prostatitdən əziyyət çəkir, ayaqları şişib. Sağlamlıq durumundan narahatlığı ilə bağlı bu gün birinci vitse-prezidentə, ədliyyə nazirinə, Ali Məhkəmənin sədrinə, Penitensiar Xidmətin rəisinə və ombudsmana teleqramlar vurmuşam, cavab gözləyirəm", - o bildirib.
 
Vəkil Fariz Namazlı deyib ki, Elçin Məmmədin əfv olunması üçün ailəsi Əfv Komissiyasına müraciət edib. 

"Onun vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı müraciəti də yerli məhkəmə tərəfindən rədd edilib. Bu məhkəmə qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Amma, Ali Məhkəmədə proses hələ təyin olunmayıb," o qeyd edib.
 
Penitensiar Xidmətdən hüquq müdafiəçisinin səhhəti ilə bağlı məlumat almaq olmayıb.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin rəhbəri, "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib. Məmməd 2020-ci il 17 oktyabrında Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, oğurluq və qanunsuz silah-sursat saxlamaqda ittiham edilir. 
 
"Amnesty International" Elçin Məmmədlin həbsini pisləyib. Azərbaycandakı hüquq müdafiəçiləri  onu siyasi məhbus kimi tanıyır.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol