• $
  • £

Mariupolda daha 12 ailə təxliyə edilib

Mariupolda daha 12 ailə təxliyə edilib
06.05.2022 21:18
Ukraynanın Mariupol şəhərində rus qoşunları tərəfindən mühasirəyə alınan "Azovstal” zavodunun ərazisindən uşaqlar da daxil olmaqla 12 mülki şəxs avtobusla təxliyə edilib.

Bu barədə Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti məlumat yayıb. 
 
Ukrayna Rusiyanı həftələrdir zavodun zirzəmilərində gizlənən onlarla mülki vətəndaşın çölə çıxmasına icazə vermək üçün tərəflərin razılaşdığı atəşkəsi pozmaqda ittiham edib.

Mariupoldan evakuasiya BMT və Qırmızı Xaç tərəfindən həyata keçirilir.

Dünən BMT-nin baş katibi Antonio Quterreş təxliyənin üçüncü raundunun başlandığını elan edib.
 
Mayın 5-nə olan məlumata görə, Mariupoldan 500 mülki şəxs təxliyə edilib.

Bunlar Azovstaldan, Mariupolun özündən və onun ətraf rayonlarından olan insanlardır.

Azovstalda 200-ə qədər mülki şəxsin olduğu güman edilir.

Fevralın 24-fən Rusiya Ukraynada hərbi əməliyyatlar keçirir.Nəticədə ən çox dağıdılmış şəhərlərdən biri də Mariupoldur.Şəhərdə yüzlərlə mülki əhali həyatını itirib.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Dünya 09:21
ABŞ Konqresində Trampa qarşı iddia ehtimalı müzakirə olunur
Rusiyada paradda hərbi texnikalar olmayacaq
Dünya 08:52
Rusiyada paradda hərbi texnikalar olmayacaq
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Dünya 08:43
WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
Dünya 23:41
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
Dünya 23:10
İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
İran səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 21:12
İran səfiri Britaniya XİN-ə çağırılıb
Rusiya ABŞ-yə demarş elan edib
Dünya 20:06
Rusiya ABŞ-yə demarş elan edib
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB
Dünya 17:37
Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilİB

Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünya 17:03
Ukrayna İsrailə etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol