• $
  • £

Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün müraciətlər azalıb

Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün müraciətlər azalıb
07.05.2022 21:51
Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün Avropadan olan istehlakçıların müraciətləri 6,4% azalaraq sutkada 92,4 milyon kubmetr təşkil edib. Bu barədə "Ukrayna Qaz Nəqliyyat Sistemi Operatoru”nun məlumatında deyilir.

Rusiya tərəfdən "Suca” və "Soxranovka” stansiyaları vasitəsilə xammalın vurulması üçün nominasiyalar Avropadakı tələbat əsasında formalaşır. Mayın 7-nə olan məlumata görə, göstərici 92,4 milyon kubmetr təşkil edib. Dünən bu rəqəmin 98,7 milyon kubmetrə olduğunu nəzərə alsaq, 6,4% azalma olduğu məlum olur.

Xatırladaq ki, Rusiyanın qaz ixracatçısı "Qazprom” şirkətinin 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 milyard kubmetr təşkil edir. Bu, sutkada təxminən 109,6 milyon kubmetr deməkdir. Tranzit həcmlərinin azalması "vur və ya ödə” prinsipininin əks olunduğu tranzit müqaviləsinin pozulmasına dəlalət etmir.

Polşa qaz dəhlizinə gəlincə, bu həftə Belarus və Polşadan keçərək Almaniyaya gedən "Yamal-Avropa” boru kəməri ilə tutum üzrə müraciətlər həm birbaşa, həm də əks istiqamətdə etibarlıdır. Yeni sxem üzrə Rusiya xammalına rublla ödəniş etməkdən imtina edən Polşa indi məhz "Yamal-Avropa” marşrutu ilə Almaniyadan analoji həcmdə qaz alır.

Eyni zamanda, Rusiyadan Avropaya qaz ixracının əsas marşrutu olan "Şimal axını” ilə axın davamlı olaraq yüksəkdir. "Nord Stream AG” operatorunun məlumatına görə, bu marşrut ilə nəql gündəlik, təxminən, 170 milyon kubmetr səviyyəsində saxlanılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir
Dünya 15:03
Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Dünya 12:39
Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Dünya 09:29
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Dünya 09:22
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Dünya 23:54
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Əraqçi Putinlə görüşəcək
Dünya 23:00
Əraqçi Putinlə görüşəcək
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Dünya 22:56
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Mirzoyan Fransaya səfər edəcək
Dünya 20:05
Mirzoyan Fransaya səfər edəcək
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 19:10
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol