Tehranda əhaliyə çölə çıxmamaqla bağlı xəbərdarlıq edildi
İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.
"Sağlamlıq üçün təhlükəli hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə fövqəladə hallar komitəsi yaradılıb. Bu gün uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblər bağlanıb”, - Tehran bələdiyyə sədrinin müavini Abid Mələki deyib.
Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edən Mələki şagirlərə də qadağa qoyuluğunu açıqlayıb.
www.anews.az