• $
  • £

Fransanın keçmiş baş naziri azadlıqdan məhrum edilib

Fransanın keçmiş baş naziri azadlıqdan məhrum edilib
09.05.2022 22:00
Fransanın keçmiş baş naziri Fransua Fiyon 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə BMF telekanalı Paris Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Onun həyat yoldaşı Penelopa Fiyon məhkəmənin hökmü ilə 2 il şərti cəza alıb.

Fransa mərkəz sağçıların aparıcı siması olan Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Həftəlik "Kanar anşene” qəzeti keçmiş baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının 8 ildir heç bir iş görmədən deputat köməkçisi kimi maaş alması iddiasını irəli sürüb.
Bildirilib ki, Penelopa Fiyonu bu vəzifəyə siyasətçinin özü parlamentin aşağı palatasının deputatı olan zaman təyin edib.

F.Fiyon baş nazir təyin edildikdən sonra həyat yoldaşı onun xələfi Mark Julo tərəfindən yenidən həmin vəzifəyə təyin edilib. 2021-ci ilin iyununda Paris İslah Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib, ona beş il həbs cəzası verib (iki ili həbsxanada çəkməli idi). Ötən il noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi bu iş üzrə eks-baş nazir və onun həyat yoldaşının apellyasiya şikayətinə baxmağa başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir
Dünya 15:03
Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Dünya 12:39
Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Dünya 09:29
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Dünya 09:22
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Dünya 23:54
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Əraqçi Putinlə görüşəcək
Dünya 23:00
Əraqçi Putinlə görüşəcək
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Dünya 22:56
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Mirzoyan Fransaya səfər edəcək
Dünya 20:05
Mirzoyan Fransaya səfər edəcək
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 19:10
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol