Litva Ukraynadakı hadisələri soyqırım kimi tanıyır
Litva parlamentinin bu gün qəbul etdiyi qətnaməyə əsasən, Rusiyanın hərbi və siyasi rəhbərliyi Ukrayna xalqını məhv etməyə çalışır, ona görə də bu cür hərəkətlər soyqırım kimi tanınmalıdır.
Qətnamədə deyilir ki, Silahlı qüvvələri qəsdən və sistemli şəkildə bombardman etmək üçün mülki hədəfləri seçən Rusiya Federasiyası terror aktlarını dəstəkləyən və törədən dövlətdir.
www.anews.az
Qətnamədə deyilir ki, Silahlı qüvvələri qəsdən və sistemli şəkildə bombardman etmək üçün mülki hədəfləri seçən Rusiya Federasiyası terror aktlarını dəstəkləyən və törədən dövlətdir.
Deputatlar, həmçinin beynəlxalq ictimaiyyətin birgə səyləri və tarixdə məlum olan presedentlər (Nürnberq, Tokio, Sierra) əsasında "Rusiyanın suveren Ukraynaya qarşı təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalının” yaradılmasını və cinayətkarların təqib edilməsini istəyiblər.
Seymin 128 deputatı müvafiq qətnaməni yekdilliklə qəbul edib.
Aprelin sonunda Estoniya və Latviya parlamentləri də Rusiyanın Ukraynadakı müharibəsini soyqırım kimi tanıyıb.
Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 76 gün keçir. Müharibə nəticəsində Ukraynada 5 milyon çox insan Ukraynanı tərk edib. 225 uşağın ölüb, 413 azyaşlının isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.
Gülnar
www.anews.az