İrəvandakı aksiyalarda 35 nəfər saxlanıldı
Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyanın başçılıq etdiyi müxalifət fəalları etiraz aksiayları çərçivəsində İrəvanın Nor-Nork kvartalında küçələrdən birini bağlayıblar.
TASS xəbər verir ki, xüsusi polis qüvvələri həbslərə başlayıb.
Bildirilib ki, hazırda Ermənistan müxalifəti İrəvanın dörd müxtəlif yerində kütləvi yürüşlər keçirir. Onlar hökumət əleyhinə şüarlar səsləndirir və baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
www.anews.az