Türkiyənin paytaxtı Ankarada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanın Türkiyədəki səfirliyinin heyəti, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Şamil Ayrım və Azərbaycandan Türkiyəyə səfər edən heyətlər paytaxt Ankaradakı Heydər Əliyev parkında ulu öndərin xatirəsini yad ediblər.
www.anews.az