• $
  • £

Ukrayna Baş Qərargahı məlumat yaydı

Ukrayna Baş Qərargahı məlumat yaydı
11.05.2022 10:10
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsinin 77-ci günüdür. Ukrayna Baş Qərargahı müharibə ilə bağlı günün hesabatını yayıb.
 
Luqansk vilayətində ruslar Rubijne şəhərini tam nəzarət altına almağa və Severodonetsk və Liman istiqamətində daha da irəliləməyə çalışaraq hücumlarını davam etdirirlər.
 
Cənubdan Baxmut, Avdeevka və Kuraxovo istiqamətində hücumlar davam edir.
 
İzyum bölgəsində düşmən hücum etmir, əsasən ukraynalıların mövqelərini atəşə tutur.
 
Xarkov vilayətində ruslar ukraynalıların sərhədə qədər irəliləməsini bacardıqları qədər saxlayaraq müdafiəni davam etdirirlər.
 
Mariupolda mühasirədə olan "Azovstal”ın bombalanması hər vasitə ilə davam edir.
 
Gün ərzində Rusiyanın bir Mi-24 hücum helikopteri və dörd Orlan pilotsuz təyyarəsi vurulub.
 
Donetsk və Luqansk vilayətlərində sutka ərzində 12 tank, 19 digər zirehli texnika, 4 artilleriya sistemi məhv edilib.
 
Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 77 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. 238 uşaq ölüb, 413 azyaşlı isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir
Dünya 15:03
Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Dünya 12:39
Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Dünya 09:29
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Dünya 09:22
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Dünya 23:54
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Əraqçi Putinlə görüşəcək
Dünya 23:00
Əraqçi Putinlə görüşəcək
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Dünya 22:56
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Mirzoyan Fransaya səfər edəcək
Dünya 20:05
Mirzoyan Fransaya səfər edəcək
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 19:10
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol