• $
  • £

"Əl-Cəzirə"nin jurnalisti qətlə yetirilib

11.05.2022 11:44
"Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Akleh çərşənbə günü İordan çayının qərb sahilində, Cenin qaçqın düşərgəsində iş başında olan zaman öldürülüb. Bu barədə CNN xəbər verir.
 
Fələstin Səhiyyə Nazirliyi onun başından güllə ilə vurulduğunu və qısa müddət sonra öldüyünü təsdiqləyib. Nazirlik bildirib ki, digər jurnalist Əli Əl Samudi də güllələnib və onun vəziyyəti stabildir.
 
"Əl-Cəzirə” İsrail təhlükəsizlik qüvvələrini Əbu Aklehi qəsdən hədəfə almaqda və öldürməkdə ittiham edib və beynəlxalq ictimaiyyəti İsraili qınamağa və məsuliyyətə cəlb etməyə çağırıb.
 
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri "terror fəaliyyətlərində şübhəli bilinənləri tutmaq üçün” bölgədə əməliyyat keçirib və həmin vaxt həm fələstinlilər, həm də İsrail qüvvələri atəş açıb.
 
Əbu Akleh öldürüldüyü zaman onun yanında olan "Əl-Cəzirə” jurnalisti Əl-Samudi bildirib ki, həmin vaxt ərazidə heç bir fələstinli silahlı olmayıb.
"İsrail ordusu bizi vurdu. Orada heç bir fələstinli silahlı olmayıb”- jurnalist bildirib.
 
Əl-Cəzirəyə qoşulmazdan əvvəl o, UNRWA, Fələstinin Səsi Radiosu, Amman Peyk Kanalı, Miftah Fondu və Monte Karlo Radiosu ilə çalışıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir
Dünya 15:03
Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Dünya 12:39
Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Dünya 09:29
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Dünya 09:22
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Dünya 23:54
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Əraqçi Putinlə görüşəcək
Dünya 23:00
Əraqçi Putinlə görüşəcək
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Dünya 22:56
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Mirzoyan Fransaya səfər edəcək
Dünya 20:05
Mirzoyan Fransaya səfər edəcək
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 19:10
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol