İstanbulda avtobusla tramvay toqquşdu, yaralılar var
İstanbulun Fatih bölgəsində avtobusla tramvay toqquşub.
www.anews.az
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub. Yaralılara orada ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisə yerində araşdırma davam edir.(NTV)
www.anews.az