• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Saakaşvili klinikaya köçürülür

Saakaşvili klinikaya köçürülür
12.05.2022 11:01
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı 12 saylı Rustavi həbsxanasından klinikaya köçürülür.

Bu barədə məlumatı "İnterpressnews” yayıb.

Bildirilir ki, bir qədər əvvəl bir neçə maşın həbsxananın ərazisini tərk edib.

Bununla yanaşı, Saakaşvilinin köçürülməsi planlaşdırılan "Vivamed” klinikasının ərazisi sarı lentlə əhatəyə alınıb.

 Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

Gürcü siyasətçi ötən həftələrdə məhkəmə prosesi zamanı qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsərək həkim yardımı tələb edib.

Mixayil  Saakaşvili 6 il müddətinə həbs olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ - sunamı xəbərdarlığı verilib
Dünya 11:39
Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ - sunamı xəbərdarlığı verilib
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Dünya 23:08
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Tramp və Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Dünya 20:37
Tramp və Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Ərdoğan Türkmənistana gedib
Dünya 18:33
Ərdoğan Türkmənistana gedib
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol