Martda dünyada neft ehtiyatları 45 milyon barel azalıb

Dünyada neft və neft məhsullarının kommersiya ehtiyatları martda fevral ayı ilə müqayisədə 45 milyon barel azalıb. Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
"Mart ayında qlobal neft ehtiyatları daha 45 milyon barel azalıb və hazırda 2020-ci ilin iyun ayı ilə müqayisədə ümumilikdə 1,2 milyard barel azdır”, - agentlik qeyd edib.
Hesabatda əlavə edilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində ehtiyatlar 3 milyon barel artıb. Bu, 2022-ci ilin martında OECD üzvlərinin ehtiyatlardan 24,7 milyon barel neft buraxması ilə bağlı olub. Bununla belə, ehtiyatlar hələ də orta beşillik göstəricilərdən aşağıdır və 2,626 milyard barel səviyyəsindədir.
IEA-nın ilkin hesablamalarına görə, OECD ehtiyatları aprel ayında daha 5,3 milyon barel artıb.
www.anews.az

Aprelin sonunda Latviya hakimiyyəti cari ilin dekabrın 31-dək neft məhsullarının tədarükündə enerji böhranı elan edib. Bu qərardan sonra Riqa strateji neft ehtiyatlarını buraxmalı olacaq.(gazetaru)
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 