Vereşçuk: "Azovstal"dan 38 ağır yaralı əsgərin təxliyəsi üçün danışıqlar aparırıq
Ukrayna Azovstalda olan ağır yaralı əsgərlərin əsir götürülən rusların müqabilində təxliyəsi ilə bağlı "çətin danışıqlar" aparır. Bunu Ukraynanın baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib.
Vereşçuk "Hazırda biz yalnız 38 ağır yaralı döyüşçü ilə bağlı danışıqlar aparırıq. Biz addım-addım işləyirik. 38 ağır döyüşçünü dəyişdirəcəyik, sonra davam edəcəyik. İndi 500 və ya 600 nəfərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmır" , bu barədə bəzi KİV-lər məlumat yayıb.”
Bundan əvvəl Azov-Mariupol teleqram kanalı zavodun ərazisində antisanitar şəraitdə tapılan yaralı ukraynalı əsgərlərin fotolarını dərc etmişdi. Fotoda əzaları kəsilmiş insanlar əks olunub.(BBC)
Gülnar
www.anews.az