Latviyada Rusiya sosial şəbəkələri bloklanıb
Gələn həftə Rusiyanın "Vkontakte”, "Odnoklassniki” və "Moi Mir” sosial şəbəkələri Latviyada bloklanacaq. Bu barədə RİA Novosti Elektron Media üzrə Milli Şuranın rəhbərinə istinadən xəbər verir.
Bundan əvvəl "Yeni Razılıq” partiyasının sədri Yanis Kuzins "Gazeta.ru”ya demişdi ki, Latviya parlamenti siyasi partiyalara "Rusiya ilə yaxşı münasibət saxlamağı qadağan edən” qanun qəbul etmək niyyətindədir. Siyasətçi izah edib ki, hakimiyyət Latviyada qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar yeni qanun qəbul etməyə tələsir.
Bundan əvvəl məlum olub ki, Latviya Seymi Latviya-Rusiya müqaviləsinin ölkəni öz ərazisində memorial tikililərin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürən 13-cü maddəsinin ləğvi ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu, Latviya hakimiyyətinə Riqanı azad edənlərin abidəsini sökmək imkanı verir.
www.anews.az

2021-ci ildə Latviyada müqəddəs Georgi lentlərinin ictimai şəkildə taxılması qadağan edilib. Martın 31-də isə Seym səs çoxluğu ilə ictimai əyləncələrin və bayram tədbirlərinin təhlükəsizliyi ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyib. Xüsusilə, bu düzəlişlər Sovet ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış hər hansı abidənin 200 metrdən çox yaxınlığında kütləvi aksiyaların keçirilməsini qadağan edir.
Gülnar
www.anews.az