18% ƏDV tutulmayacaq - Qərar imzalandı
Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Bununla bağlı Nazirlər Kabineti qərar imzalayıb.
Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı ölkə parlamentinə təklif göndərib.
Həmin il noyabrın 2-də siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi KİV-in, dərslik komplektlərinin, elektron versiyalar istisna olmaqla kitabların idxalı və satışı ƏDV-dən azad edilib. Qanun layihəsinə görə, həmin mallarda (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışında, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətində (reklam xidmətləri istisna olmaqla) ƏDV ləğv edilib.
Məcəlləyə dəyişiklik edildikdən sonra Nazirlər Kabineti 2022-ci il yanvarın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyya Nazirliyi və Dövllət Gömrük Komitəsinə iki ay ərzində KİV, kitab və dərsliklərin siyahısı ilə bağlı təkliflər hazırlamağı tapşırıb. Lakin nəşriyyatçılar qərarın qüvvəyə hələ də minmədiyindən uzun müddət narazılıq etdi.

Ləman Qasımova
Həmçinin oxuyun: https://anews.az/az/nazirler-kabinetinden-prezidentin-tesebbusune-laqeyd-munasibett/
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox