BP-nin regional Prezidenti bu universitetdə görüş keçirib
Bu gün, mayın 13-də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional Prezidenti Qəri Counz BANM-da müntəzəm görüşlərindən birini keçirib və universiteti 10 illik yubileyi münasibətilə təbrik edib.
O, həmçinin professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edərək enerjinin gələcəyi və bu gələcək üçün tələb olunan bacarıqlarla bağlı öz fikirlərini bölüşüb.
"Bugünkü tədbir və ümumilikdə BANM ilə əməkdaşlıq BP və onun tərəfdaşlarının yerli ali təhsil müəssisələrinin potensialının artırılması istiqamətində ölkənin səylərini dəstəkləmək öhdəliklərinin bir hissəsidir. Cənab Counz bp və tərəfdaşlarının 2020-ci ildə BANM-a hədiyyə etdiyi dünya səviyyəli laboratoriyaya da baş çəkib. Bu, tələbələrin təhsildən sənayeyə rahat keçidinə kömək etmək yönümündə universitetin müasir təhsil infrastrukturu yaratmaq səylərini dəstəkləyən və tam təchiz olunmuş proseslərin simulyasiyası laboratoriyasıdır", - universitetdən deyilib.
"Yerli universitetlərlə sıx əməkdaşlıq edərək onlara təlim və tədris prosesinin keyfiyyətinin artırılmasında kömək etmək sosial təşəbbüslərimizin əsas istiqamətidir. Çox məmnunuq ki, BANM ilə birgə həyata keçirdiyimiz təhsil layihələri tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq, universitetə isə yüksək keyfiyyətli təhsil təmin etmək üçün geniş imkanlar yaradır”, - BP rəsmisi deyib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox