• $
  • £

“Böyük Yeddilik” Ukraynaya 30 milyard avro ayıracaq

“Böyük Yeddilik” Ukraynaya 30 milyard avro ayıracaq
13.05.2022 18:02
"Böyük Yeddilik” (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi ayırmaq niyyətindədir. Bunu Almaniyada nəşr olunan "Der Spiegel” nəşri yazıb.

Məlumata görə, gələn həftə Almaniyada keçiriləcək "G7”in maliyyə nazirlərinin görüşündə onlar Kiyevə 30 milyard avro civarında maliyyə yardımı ayırmaq barədə qərar qəbul etməyi planlaşdırırlar.

Bildirilib ki, vəsait kredit və qrant şəklində verilməlidir. Beləliklə, Kiyev gələcəkdə heç də həmin vəsaitin hamısını qaytarmalı olmayacaq.

"Der Spiegel” yazıb ki, müharibənin bu il ərzində bitəcəyi ehtimal olunur.

Qeyd edək ki, "G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

Bu dövlətlərin liderlərinin qeyri-rəsmi forumu da (Avropa Komissiyasının iştirakı ilə) eyni adı daşıyır, onun çərçivəsində aktual beynəlxalq problemlərə yanaşmalar müzakirə edilir, qərarlar qəbul olunur. Yazılmamış qaydalara görə, sammitlər hər il üzv dövlətlərin birində növbə ilə keçirilir.

"G7” beynəlxalq təşkilat deyil, beynəlxalq müqaviləyə əsaslanmır, nizamnaməsi və katibliyi yoxdur. "G7”in qərarları məcburi xarakter daşımır. Söhbət, bir qayda olaraq, tərəflərin razılaşdırılmış xəttə riayət etmək niyyətinin müəyyən edilməsindən və ya beynəlxalq aləmin digər iştirakçılarına müəyyən məsələlərin həllində yanaşmaların tətbiqi ilə bağlı tövsiyələrdən gedir. "G7”in nizamnaməsi olmadığı üçün bu qurumun üzvü statusunu rəsmən qəbul etmək mümkün deyil.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Dünya 12:39
Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Dünya 09:29
Rusiya ordusunda qida çatızmazlığı səbəbindən kannibalizm halları qeydə alındığı iddia olunur
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Dünya 09:22
Obama Vaşinqtonda baş verən atışmanı pisləyib
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Dünya 23:54
Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər ölüb
Əraqçi Putinlə görüşəcək
Dünya 23:00
Əraqçi Putinlə görüşəcək
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Dünya 22:56
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Mirzoyan Fransaya səfər edəcək
Dünya 20:05
Mirzoyan Fransaya səfər edəcək
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 19:10
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Tasnim: İranın xarici işlər naziri İslamabada qayıdıb
Dünya 18:31
Tasnim: İranın xarici işlər naziri İslamabada qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox