İlon Maskdan Twitter ilə bağlı yeni açıqlama
İlon Mask Twitter üçün etdiyi 44 milyard dollarlıq təklifin müvəqqəti olaraq dayandırıldığını bildirib.
"Twitter ilə bağlı razılıq spam/saxta hesabların həqiqətən də istifadəçilərin 5%-dən azını təşkil etməsinə dair gözlənilən detallarla əlaqədar olaraq müvəqqəti dayandırılıb", - Mask yazdığı tvitində deyib.
Şirkət bu ayın əvvəlində saxta və ya spam hesabların ilin birinci rüb ərzində pul qazandıra bilən gündəlik aktiv istifadəçilərinin 5%-dən azını təşkil etdiyini təxmin etmişdi.
Sosial media şirkəti həmçinin Mask ilə müqavilə bağlanana qədər reklamverənlərin Twitter-də pul xərcləməyə davam edib-etməyəcəyi də daxil olmaqla, bir sıra risklərlə üzləşdiyini xəbər verib.
Dünyanın ən varlı adamı və Tesla-nın baş icraçı direktoru Mask prioritetlərindən birinin "spam botları” platformadan silmək olacağını demişdi.
Maskın Twitter-i almaq xəbəri cari il aprelin 25-də yayılmışdı. O, dünyanın ən varlı adamı, eləcə də, "Tesla” və "SpaceX” kimi şirkətlərin sahibidir.
Ləman Qasımova
www.anews.az