• $
  • £

Hüquq müdafiəçisi atasına hədə-qorxu gəlindiyini bildirib

Hüquq müdafiəçisi atasına hədə-qorxu gəlindiyini bildirib
14.05.2022 12:11
Mayın 14-də ictimai fəalların keçirəcəyi etiraz aksiyasının təşkilatçılarından olan "Müdafiə Xətti" İnsan Hüquqları Təşkilatının icraçı direktoru Rüfət Səfərovun ailəsinə hədə dolu telefon zəngi olub.

"Bu gün Prezident Administrasiyasında vəzifəli şəxsin adından atam Eldar Sabiroğluna zəng edib hədə-qorxu gəliblər. Bildirblər ki, oğlu, yəni mən aksiyaya çıxsam həbs edəcəklər, amma sərbəst buraxmayacaqlar", deyə Rüfət Səfərov qeyd edib.

Rüfət Səfərov zəng edən şəxsin kim olduğunu deməyib.

"Atam xəstədir. Həmin şəxsin adı və vəzifəsi məlumdur. Bu şəxs digər vasitəçi şəxlə atama zəng edib. Həmin şəxs açıq mətnlə danışıb. Bu yolla xəstə atamda həyəcan yaradıblar, onun səhhəti daha da pisləşib. Lazım gələrsə, həmin şəxsin adını ictimaiyyətə açıqlayacağam", - Səfərov bildirib.

O, bu gün dinc aksiyada iştirak edəcəyini bildirib.

Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyır.

Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirlər.

Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir.

"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq",  - o qeyd edib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün od çərşənbəsidir
Cəmiyyət 00:02
Bu gün od çərşənbəsidir
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:24
Ramazanın on üçüncü gününün duası - İmsak və iftar vaxtı
İrandan Azərbaycana 553 nəfər təxliyə edilib - Yenilənib
Cəmiyyət 20:21
İrandan Azərbaycana 553 nəfər təxliyə edilib - Yenilənib
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
Cəmiyyət 19:00
Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Cəmiyyət 17:25
İranın ali rəhbəri Əli Xameneinin həyat yoldaşı zərbələr nəticəsində vəfat edib
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
Cəmiyyət 17:21
Yaxın Şərqdə məhdudiyyətlər Azərbaycan üzərindən tranzit uçuşları 150-dən çox artırıb
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Cəmiyyət 16:38
26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
Cəmiyyət 15:56
Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Cəmiyyət 15:48
İranın iki PUA-sı Qətərdə enerji obyektlərini hədəf alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol