Ukrayna Baş Qərargahı son məlumatı yaydı
Ukrayna Baş Qərargahının Rusiyanın hücumları ilə bağlı son məlumatı yayıb.
Məlumata görə, Rusiya ordusu şərq cəbhəsində irəliləmək cəhdlərindən əl çəkmir, əsas səylər İzyum bölgəsində Donetsk istiqamətindədir.
Ukrayna ordusu rus ordusunu Xarkovdan dövlət sərhədinə sıxışdırır.
Ukrayna mövqelərinin minaatanlardan, top artilleriyasından, reaktiv yaylım atəş sistemlərindən və aviasiyadan atəşə tutulması davam edir.
www.anews.az

Mariupolda Azovstal ərazisinin kütləvi bombardmanları dayanmır.
Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 81 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. 200-dən çox uşaq ölüb, 400-dən çox azyaşlı isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.(BBC)
www.anews.az