• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Ərdoğan yenə NATO-nun genişlənməsinə qarşı çıxıb

Ərdoğan yenə  NATO-nun genişlənməsinə  qarşı çıxıb
16.05.2022 23:54
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə” deyə bilməz. TASS xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyo brifinqdə bildirib. 

"Onda NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu məkana çevriləcək. "Bəli" deyə bilmərik, inciməsinlər”, -  o söyləyib.

CNN Türk xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə danışıqlardan sonra jurnalistlərə bildirib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini dəstəkləyə bilməz və bu ölkələrin xarici işlər nazirləri əziyyət çəkib Türkiyə ilə danışıqlara gəlməsinlər. 

Finlandiya və İsveç NATO-ya daxil olmağa hazırlaşır. Onların dövlət qurumları artıq bunun üçün lazımi prosedurlara başlayıblar. Stokholm və Helsinki Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə etdiyi hərbi müdaxilədən sonra  neytral statusundan imtina edərək Şimali Atlantika Alyansına qoşulmaq qərarına gəliblər. 

Prezident Vladimir Putin mayın 16-da KTMT sammitində bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması heç bir ani təhlükə yaratmır,  alyansın Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun genişləndirilməsi Rusiyanın "əks reaksiyasına” səbəb ola bilməz. Rusiya liderinin sözlərinə görə, problem "heç nədən” yaradılıb, lakin istənilən halda Moskva məcbur olacaq ki, buna "uyğun reaksiya versin".

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Moskvanın bu ölkələrin NATO-ya daxil olmasına reaksiyası alyansın hərbi infrastrukturunun genişləndirilməsindən asılı olacaq.

Mayın 15-də İsveç və Finlandiya rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva bu ölkələrin alyansa daxil olmasına dözməyəcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol