Ukrayna Silahlı Qüvvələri son məlumatı yaydı
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi davam edir. Ukrayna Silahlı Qüvvələri gecə baş verən hadisələrin qısa icmalını yayıb.
Rus qoşunları şərqdə hücumlarını davam etdirir. Onların əksəriyyəti Donetsk istiqamətində cəmləşib.
Eyni zamanda, Rusiya aviasiyası infrastrukturu və sənaye obyektlərini və cəbhə xəttindən çox-çox kənarları bombalayır.
Xarkov istiqamətində Rusiya bütün səylərini öz mövqelərini saxlamağa və Ukrayna qoşunlarını cilovlamağa yönəldib.
Severodonetsk istiqamətində, Sirotino kəndi ərazisində rus qoşunları döyüşə girdilər, sonra itkilərə görə geri çəkildilər.
Qara dənizdə Zmeiny adasının yaxınlığında Rusiya desant gəmisinin məhv edildiyi yerdə xilasetmə işləri aparılır.
Rusiyanın Donetsk və Luqansk istiqamətində bir gündə 11 hücumu dəf edilib, beş tank, bir Tor zenit-raket kompleksi, altı artilleriya sistemi, on iki zirehli texnika və bir düşmən maşını məhv edilib.
Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 82 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. 238 uşaq ölüb, 413 azyaşlı isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.(BBC)
Gülnar
www.anews.az