Milli Məclisin yeni aparat rəhbəri kimdir? - DOSYE
Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Fərid Hacıyev parlamentin aparat rəhbəri vəzifəsinə təyinat alıb.
Anews.az Fərid Hacıyevin dosyesini təqdim edir:
Fərid Hacıyev 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
Ləman Qasımova
www.anews.az
Anews.az Fərid Hacıyevin dosyesini təqdim edir:
İxtisaca hüquqşünas olan Hacıyev 1989-cu il aprelin 25-də anadan olub.
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Hacıyev həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.
Fərid Hacıyev 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
2020-ci ilin 4 iyulunda Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də isə Fərid Hacıyev Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib. Fərid Hacıyev bu vəzifədə İlqar Fərzəliyevi əvəz edib.
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir.
Parlamentin aparatının rəhbəri 26 il idi ki, Səfa Mirzəyev idi. Bir neçə gün öncə Səfa Mirzəyev parlamentin aparat rəhbəri vəzifəsindən azad edilib. Səfa Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, 1996-cı ildən bu vəzifəni tuturdu.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox