Ukrayna Baş Qərargahı məlumat yaydı
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 18-də səhər saat 6-da Kiyevdə baş vermiş əsas hadisələrin xülasəsini dərc edib.
Məlumata görə, Rusiya qoşunları Donbassda bütün təmas xətti boyunca atəş açmağa davam edir və növbəti hücumu həyata keçirir.
Rusiya Ukrayna boyu hərbi və mülki obyektlərə raket zərbələri endirməkdə davam edir.
Belarus ordusu Ukrayna-Belarus sərhədində Brest və Qomel vilayətlərində mövqelərini gücləndirir. Belarus ərazisindən Ukrayna hədəflərinə raket və hava zərbələri endirilməsi təhlükəsi qalmaqda davam edir.
Çerniqov və Sumı vilayətlərinin sərhədyanı yaşayış məntəqələrində Ukrayna qoşunlarının mövqelərinin və mülki infrastruktur obyektlərinin artilleriya atəşinə tutulması davam edir.
Mariupolda rus qoşunları Azovstal zavodunun ərazisində Ukrayna bölmələrini bloklayır. Rus qoşunları tərəfindən artilleriya və hava zərbələri endirilir.
Rusiya Qara Dəniz Donanmasının Qara və Azov dənizlərinin sularında gəmiləri sahil istiqamətində döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və atəş dəstəyinin aparılması tapşırığını yerinə yetirməkdə davam edir.
Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 76 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. 200-dən çox uşaq ölüb, 400-dən çox azyaşlı isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər