• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinləri ilə görüşdülər

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yasamal rayonu sakinləri ilə görüşdülər
12.05.2022 11:54
Yasamal rayonunda əhalinin problem və şikayətlərinin müəyyən edilib çevik həlli məqsədilə aparılan silsilə görüşlər davam edir. Bu dəfə sakinlərin təklif və müraciətlərini Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və 15 saylı Yasamal birinci seçki dairəsindən Milli Məclisin deputatı Ülvi Quliyev birgə dinlədilər. İcra başçısı və millət vəkilinin birgə  səyyar qəbulu 13 saylı tam orta məktəbin akt zalında baş tutdu.


Yerli sakinləri salamlayan Elşad Həsənov qeyd etdi ki, qəbul Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur.Görüşdə Yasamal rayonunun  təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak etdilər. Tədbirdə çıxış edən  vətəndaşlar hakimiyyət nümayəndələri ilə bu cür görüşlərin təşkilinə görə məmnunluğunu ifadə etdilər və Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.


Səyyar qəbul zamanı Yasamal rayonu sakinləri mənzil ilə təminat, qanunsuz tikililərlə mübarizə, rayon ərazisində parkinq problemi, su təchizatı, sənədsiz evlər  və digər məsələlər barədə suallar verdilər.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sualları ətraflı cavablandırdı və sakinlərin müraciət və təklifləri ilə bağlı xidmət rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Bəzi müraciətlər nəzarətə götürüldü. Yasamal Rayon  İcra Hakimiyyəti başçısının tərtib edilmiş qrafikə uyğun olaraq rayon sakinləri ilə görüşləri davam edir




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycandakı diaspor rəhbərinə qarşı yekun ittiham irəli sürüb
Cəmiyyət 15:58
Rusiya Azərbaycandakı diaspor rəhbərinə qarşı yekun ittiham irəli sürüb
"Meydan TV işi" üzrə hazırlıq prosesı keçirilib
Cəmiyyət 15:35
"Meydan TV işi" üzrə hazırlıq prosesı keçirilib
Azərbaycanın sənaye məhsulu 2025-ci ilin yanvar-noyabrında 57,5 mlrd manat olub
Cəmiyyət 14:04
Azərbaycanın sənaye məhsulu 2025-ci ilin yanvar-noyabrında 57,5 mlrd manat olub
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 13:24
Əhalinin sayı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:57
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət 12:45
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Cəmiyyət 12:32
Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:26
Faktiki hava açıqlanıb
Türkiyənin tarixi şəhəri İzmir - Fotolar
Cəmiyyət 11:11
Türkiyənin tarixi şəhəri İzmir - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol