Rusiya qazından asılılıq Qərb siyasətçiləri üçün başağrısı ola bilər
Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiya qazından asılılığı avropalı siyasətçilərə və Mərkəzi Banklara ciddi başağrısı gətirir. Bu barədə Business Insider yazır.
"Rusiya neftindən uzaqlaşmaq çətin olsa da, Avropanın Rusiya təbii qazına arxalanması siyasətçilərə və mərkəzi banklara daha böyük başağrısı verir. Eyni zamanda, Aİ-də 2022-ci ilin sonuna kimi Rusiya idxalına tələbin üçdə ikiyə qədər azaldılması ilə bağlı təkliflər artıq səsləndirilib”, - nəşr qeyd edib.
Dragonfly şirkətinin rəhbəri Devid Klaricin fikrincə, Avropanın Rusiyanın enerji resurslarından imtina etmək planı yalnız onların qiymətlərinin artmasına səbəb ola bilər. Eyni zamanda, Aİ tələb və təklif balansını qorumaq üçün artıq yeni boru kəməri layihələrinə milyardlarla dollar sərmayə qoyub. Bununla belə, alternativ təchizat mənbələrinin tapılması böyük investisiyalar tələb edə bilər.
Məqalədə vurğulanıb ki, Avropa gələcəkdə Afrikadan gələn qaza ümid edir. Lakin bu regionda qitələr arasında nəqliyyat üçün lazımi infrastruktur yoxdur. Buna görə də Avropa ölkələri hələ də konkret həll yolu tapmayıb və təmiz və bərpa olunan enerji mənbələrinə keçidə sponsorluq etmək məcburiyyətindədirlər.
www.anews.az

RAS-ın Enerji Sektorunda Sistem Tədqiqatları üzrə Elmi Şurasının üzvü, "Qazprom Export” MMC-nin baş direktorunun müşaviri Andrey Konoplyanik bildirib ki, ABŞ-ın Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac strategiyası iki məqsədə nail olmaq məqsədi daşıyır. Bu, Rusiyanın enerji resurslarının Avropadan çıxarılması və enerji resurslarının maya dəyərini artırmaqla Avropanın rəqabət qabiliyyətinin zəifləməsidir.
Aprelin 1-dən Rusiya təbii qaz ixrac etdiyi qeyri-dost ölkələrdən ödənişi rublla tələb etməyə başlayıb. Avropa İttifaqı ölkələri bu tələbi qəbul etməyib. İttifaqda Rusiya qazının tədarükündən imtinanı istisna etmirlər.
Ermənistan və bir neçə ölkələr artıq Rusiyadan aldığı təbii qaza görə ödənişləri rublla həyata keçirməyə artıq başlayıb.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər