Rusiyada yeni qazlı içkilərin istehsalına başlanılıb
Rusiya şirkəti "Coca Cola" və "Pepsi" şirkətlərinin məhsullarına oxşar qablaşdırmada məhsulların istehsalına başlayıb.


www.anews.az
Cari il martın 31-də "Oçakovo" ("Очаково") zavodunda qazlı içkilərin yeni xətti - Coolcola, Fancy və Street istifadəyə verilib.
"Dizayndakı rənglərə gəlincə, bu rənglər bütün qlobal içki bazarı üçün standartdır. Şirkətlər heç biri rənglər üzərində monopoliyaya malik deyil", - zavodun rəhbəri Antonov "RİA Novosti"yə bildirib.
Bu il martın 9-dan Amerikanın alkoqolsuz içkilər istehsalçısı "The Coca-Cola Company" şirkəti Rusiyadakı fəaliyyətini dayandırılıb. "Starbucks” qəhvə evləri şəbəkəsi də Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya ərazisində fəaliyyətini dayandırıb. Bu barədə şirkətin baş direktoru Kevin Consonun şirkətin saytında dərc olunmuş bəyanatında deyilir. "PepsiCo" da Rusiyada içkilərin satışını dayandırıb, lakin uşaq qidası da daxil olmaqla zəruri malların satışını davam etdirməkdədir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər