Rusiya İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır - YENİLƏNDİ
Rusiya İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
******
İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, səfir Rusiyanın İsveçdəki diplomatlarının persona non qrata elan olunmasına görə çağırılıb.
Ona Rusiya XİN-in gördüyü cavab tədbiri çatdırılıb. Vurğulanıb ki, Fransanın Rusiyadakı diplomatik korpusunun 34 əməkdaşı persona non qrata elan edilib.
Fransa səfiri Pyer Levi mayın 18-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, bu dəvət Rusiya diplomatlarının Fransadan çıxarılmasına cavab tədbirinin elan olunması ilə bağlıdır.
******
İspaniya səfiri Markos Qomes Martines Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu məlumatı İspaniya Xarici İşlər Nazirliyi də təsdiqləyib.
"Hazırkı şəraitdə yalnız səfirin nazirliyə çağırıldığını təsdiqləyə bilərik”, - məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər