• $
  • £

Mariupolda 959 Ukrayna əsgəri təslim olub

Mariupolda 959 Ukrayna əsgəri təslim olub
18.05.2022 17:55
Mühasirə olunan Mariupol şəhərində son istehkamdakı 959 Ukrayna qoşunu təslim olub. Bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat yayıb. 

Həmin rəqəmə son 24 saatda təslim olan 694 qoşun daxildir.

Ukrayna rəsmiləri hələ ki, bu göstəriciləri təsdiqləməyib. 

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, Azovstal polad zavodundakı dağıntıları 160-dan çox döyüşçü tərk edib və onlar özlərini Rusiya qüvvələrinə təslim ediblər. Bu, Rusiyanın təqdim etdiyi rəqəmlərlə üst-üstə düşür.

Rusiya əməliyyatı kütləvi təslim adlandırıb. Ukraynalılar isə əksinə qarnizonun öz missiyasını tamamladığını deyib.

"Məqsəd o idi ki, qəhrəmancasına şəhəri müdafiə edən və düşmənin birbaşa Mariupol istiqamətinə doğru irəliləməsinin qarşısını alan oğullarımız onların Mariupoldan keçməsinə imkan verməsin”, - Mariupolun meri Vadim Boyçenko bildirib.
 
"Onlar ölkəni xilas etdilər, onlar Ukrayna Silahlı Qüvvələrinə hazırlanmağa və başqa şəhərlərin Ukraynada baş verən bu dəhşətli müharibəyə daha hazır olmağa imkan tanıdılar”, - o bildirib.

Ukrayna döyüşçülərinin aqibətinin nə olacağı bəlli deyil. Rusiya rəsmisi tam-miqyaslı məhbus mübadiləsinə şübhə ilə yanaşıb.
Müharibədən öncə 430 min sakini olan Azov dənizinin şimalında yerləşən Mariupolun ələ keçirmək Moskvan üçün təqribən üç aydır Ukraynaya qarşı apardığı hücumda ən böyük uğur olacaq.

Ancaq Rusiya Ukraynanın şərqində daha çox ərazi ələ keçirməkdə çətinlik çəkir və Prezident Volodimir Zelenskinin hökumətini devirməkdə və ya paytaxt Kyivi ələ keçirməkdə qeyri-müvəffəq olub.

Ukraynanın təxminlərinə görə, Mariupolda 20 min mülki vətəndaşın ölümünə səbəb olan Rusiyanın bombardmanı nəticəsində şəhər dağılıb. Şəhər Rusiya ilə Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasının arasında yerləşir.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü müxbirlərə deyib ki, Mariupolda döyüş əməliyyatlarının baş çatmasının nə anlama gələcəyini "bilmək çətindir”.

"Biz uzun müddət Mariupolun Azov dənizində böyük iqtisadi liman kimi, habelə şərqdəki döyüşlərə coğrafi baxımdan əhəmiyyətindən danışmışıq”,-  Kirbi deyib.
 
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 25-dək qüvvədədir.

Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.

Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.

Ləman Qasımova




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol