ABŞ Kiyevdəki səfirliyinin işini bərpa edir
Amerika Birləşmiş Ştatları Kiyevdəki səfirliyini yenidən açacaq.Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
ABŞ diplomatik missiyasının sözçüsü Daniel Lanqenkamp agentliyə "Biz rəsmən işi bərpa edirik” deyib.
Səfirlik əməkdaşlarının dəqiq sayı, eləcə də fəaliyyətin bərpasının təfərrüatları hələlik açıqlanmır.
Bundan əvvəl məlum olub ki, ABŞ bir qrup amerikalı diplomatı Kiyevə göndərib və yaxın həftələrdə səfirliyin işini bərpa edəcəyini gözləyir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken telefonla ABŞ diplomatlarının Ukraynaya qayıtma vaxtını, habelə Vaşinqton administrasiyasının Konqresə Kiyevə 33 milyard dollar ayrılması xahişini müzakirə ediblər.
www.anews.az

Həmçinin Entoni Blinken və Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-İv Le Drian telefon danışığı zamanı Qərbin Ukraynaya hərbi yardımının genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər