Meymunçiçəyi ilə bağlı bu ölkədə karantin müəyyən edildi
Belçika meymunçiçəyi virusuna yoluxmuş şəxslər üçün 21 günlük karantin rejimini tətbiq edən
ilk Avropa ölkəsi olub. Bu barədə Belçikanın
səhiyyə orqanları cümə günü qərar verib.
Bundan sonra meymunçiçəyi virusuna yoluxmuş şəxslər 21 günlük məcburi izolyasiyaya alınacaqar. Bu xəstəliyə yoluxmuş şəxslər ilə təmasda olanlardan isə özünü təcrid etmək tələb edilmir.
Belçika Tropik Tibb İnstitutu ölkədə epidemiyanın yayılması riskinin aşağı olduğunu bildirib. HAzırda Belçikada meymunçiçəyinə yoluxanların sayı dörddür.
Mütəxəssislər meymunçiçəyi xəstəliyinin yayılma riskinin az olduğunu bildirsələr də, xəstəliyin Afrikadan kənarda qeydə alınmasından narahat olduqlarını ifadə ediblər.
Belçikanın COVID-19 ilə bağlı "Milli Referans Klinik Laboratoriyası”nın mikrobioloqu Emmanuel Andre, şənbə günü "Twitter” hesabında ölkə ərazisindəki dörd nəfərin meymunçiçəyi” xəstəliyinə yoluxduğunu təsdiq edib.
www.anews.az

Bu yaxınlarda
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 ölkədə 92 nəfərin meymunçiçəyi xəstəliyinə yoluxduğunu qeydə alıb. Bundan əlavə, ÜST daha 28 nəfərin bu xəstəliyə
tutulmaqda şübhəli bilindiyini də vurğulayıb.
Azərbaycan Səhiyyə Nazirliyi hələlik Azərbaycanda meymunçiçəyinə heç kimin yoluxmadığı barədə məlumat yayıb.
Cavanşir Qasımov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər