• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir

“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
23.05.2022 17:24
Müştəri yönümlü strategiyasını davam etdirən "Nar”, 2022-ci ilin ilk rübü üçün müştəri xidmətlərinin göstəricilərini açıqlayıb. Aparılan hesablamalar göstərir ki, "Nar” müştəriləri balansın yoxlanılması, yeni tarifin aktivləşdirilməsi, internet paketinin seçilməsi kimi bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirən "Nar+” tətbiqinə üstünlük verir. 

Belə ki, ötən illə müqayisədə "Nar+” tətbiqindən istifadə yarım milyon artaraq 6,6 milyon olub. Yaranan suallara operativ cavab almaq üçün isə abunəçilərin köməyinə tətbiq daxilindəki canlı çat gəlir. Hesabat dövründə abunəçilər sorğularına ilk 24 saniyə ərzində cavab alıblar. 

"Nar” abunəçilərinin nömrə əməliyyatlarını daha çox tətbiq üzərindən aparması fonunda çağrı mərkəzlərinə zənglərin və "Nar” xidmət mərkəzlərinə ziyarətlərinin sayında azalma müşahidə olunur. 2022-ci ilin ilk üç ayı ərzində 777 Çağrı Mərkəzinə edilən zənglərin və Nar mərkəzlərinə ziyarətlərin sayı, eyni dərəcədə, 17% azalıb. Çağrı mərkəzinə daxil olan sorğuların 93%-i ilk zəngdən həllini tapıb. Ön masa ziyarətçilərinin isə 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol