• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Dövlət büdcəsinin xərclərində artım olub

Dövlət büdcəsinin xərclərində artım olub
25.05.2022 13:07
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təqdim edilən məlumatlara əsasən, 2021-ci ildə ölkə üzrə ümumilikdə 12129 sayda satınalma tətbiq edilməklə 6011,7 mln. manat məbləğində satınalma müqavilələri "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb. Bu da 2020-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 555,5 mln. manat və ya 8,5% az, sayda isə 2926 və ya 31,8% çoxdur.

Bu barədə Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə qeyd olunub.

Rəyə əsasən, hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində azalma müşahidə edilib ki, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 2,6 faiz bəndi, xərclərə nisbəti isə 2,9 faiz bəndi azalmaqla müvafiq olaraq 6,5% və 21,9% bəndi təşkil edib. Bu göstəricilər son illərdə ən aşağı göstərici olub.

Təqdim edilmiş məlumatların təhlili göstərir ki, 2021-ci ildə keçirilmiş 8635 müsabiqə əsaslı satınalma üzrə 2646,0 mln. manat məbləğində müqavilə bağlanılıb. Bu da ötən illə müqayisədə sayda 859 satınalma (11,0 %) çox və məbləğdə isə 854,5 mln. manat (24,4%) azdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maliyyə Nazirliyində yeni təyinat
İqtisadiyyat 17:44
Maliyyə Nazirliyində yeni təyinat
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
İqtisadiyyat 17:11
Baş nazir iqtisadi şuranın üzvləri ilə növbəti müzakirələr aparıb
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol