• $
  • £

Rusiya məhkəməsindən Rövşən Əsgərov barədə QƏRAR

Rusiya məhkəməsindən Rövşən Əsgərov barədə QƏRAR
25.05.2022 18:20
Rusiyada "Kim? Harada? Nə vaxt?” intellektual oyununun iştirakçısı Rövşən Əsgərovun barəsində qərar çıxarılıb. Bu barədə Moskva məhkəməsinin rəsmi saytı məlumat yayıb. 

Əsgərov barəsində çıxarılan qərar nasizmin reabilitasiyası işi üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) qiyabi həbs hesab edilir. 

Bundan əvvəl Moskvada nəşr olunan "Bakı" jurnalının direktoru Rövşən Əsgərova qarşı Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsində Rusiya Cinayət Məcəlləsinin 354.1 maddəsinin 4-cü hissəsi ilə (Nasizmin reabilitasiyası) cinayət işi qaldırılıb. Buna jurnalistin sosial şəbəkələrdə statuslarından birində Rusiya İnzibati Xətalar Məcəlləsinə İkinci Dünya müharibəsi zamanı SSRİ və faşist Almaniyasının rolunun açıq şəkildə eyniləşdirilməsinə görə məsuliyyət haqqında düzəlişlərə görə Rusiya Dövlət Dumasını tənqid etməsi səbəb olub.

"Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-da Facebook-da dahi rus sərkərdəsi və Vətənin keşikçisi, Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar dərc edib. Bu əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti tətbiq ediləcək," Rusiya İstintaq Komitəsinin məlumatında deyilib.

Cinayət işi Dövlət Tarix Muzeyinin müraciətindən sonra açılıb. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Əsgərovun əməllərinə prosessual qiymət verilməsini tapşırıb. Paraqraf yazır ki, Əsgərov öz yazısında Jukovu "təcrübəli qarətçi", "poqonlu qatil" və "oğru" adlandırıb.

Təqsirli hesab ediləcəyi təqdirdə Əsgərov 5 milyon rubla qədər cərimə və ya beş ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Əsgərov Rusiyaya qayıtmayacağını bəyan edib.

Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol