2022-ci ilin yanvar-aprelində Trans-Adriatik boru xətti ilə (TAP) Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz nəql edilib. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard kubmetrə bərabər idi. Bu barədə Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) hesabatında məıumat yayılıb.
"Yanvar-apreldə Avropaya boru xətti ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Bu, ilk növbədə, Rusiyadan tədarükün azalması ilə əlaqədar baş verib. Norveç və Şimali Afrikadan tədarük stabil qalıb, Azərbaycandan tədarük TAP-ın işə salınması ilə əlaqədar artıb. 2019-2020-ci illərdə Azərbaycandan qaz nəqli 0,2 milyard kubmetr təşkil edirdi. Bu il Rusiyadan qaz idxalı ötən illə müqayisədə 30 faiz azalıb", - hesabatda deyilir.
www.anews.az